Pezeşkian: ABŞ İranın təslim olmasını istəyir

Pezeşkian: ABŞ İranın təslim olmasını istəyir backend

ABŞ İranın təslim olmasını istəyir.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

Pezeşkian öhdəliklərin yerinə yetirilməsinin dialoqun əsası olduğunu bildirib.

İran Prezidenti qeyd edib ki, ABŞ-ın hərəkətlərinə etimadsızlıq davam edir.

“Son günlərdə ABŞ rəsmilərinin qeyri-konstruktiv və ziddiyyətli yanaşması acı bir mesajın daşıyıcısıdır - onlar İranın təslim olmasını istəyirlər. İran xalqı isə zor dilinə təslim olmur”, - Pezeşkian qeyd edib.