Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsinin gündəmdə saxlanılması məhsuldar deyil.
Qaziler.az Ermənistan mediasına istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən deyib.
“Artıq kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmayaq. Bu mövzunu bağlayırıq. Yalnız bu yolla sülhə nail ola bilərik. Bizim öz həqiqətimiz var, amma başqalarının da öz həqiqəti var”, — Paşinyan vurğulayıb.



