Sovet, Belarus və Rusiya kinorejissoru Vyaçeslav Nikiforov 83 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, Belarus Kinematoqrafçılar İttifaqının mətbuat xidməti bu barədə 17 apreldə məlumat verib.
"Görkəmli sovet, belarus və rusiyalı kinorejissor Vyaçeslav Aleksandroviç Nikiforovun 83 yaşında vəfat etməsini dərin kədərlə bildiririk", - ittifaqın Teleqram kanalında bildirilir.
Nikiforov 13 avqust 1942-ci ildə Krasnodar diyarında anadan olub. O, "Belarusfilm" studiyasında işləyib. O, "Dövlət sərhədi", "Ölümcül qüvvə" və "Atalar və oğullar" filmləri və serialları üzərindəki işləri ilə tanınır.
QAZİLER.AZ



