Ərdoğan Ukrayna ilə bağlı diplomatik təşəbbüslərin davam etdirilməsinə çağırıb
Türkiyə Ukrayna ilə bağlı diplomatik təşəbbüsləri davam etdirməyi vacib hesab edir və bu istiqamətdə işi davam etdirmək niyyətindədir.
Qaziler.az istinadən xəbər verir ki, bu barədə 17 apreldə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
"Ukrayna münaqişəsinin həlli üçün diplomatik təşəbbüslərin davam etdirilməsini vacib hesab edirik", - "RİA Novosti" onun sözlərini sitat gətirir.
Ərdoğan həmçinin Türkiyənin həm Moskva, həm də Kiyevlə əməkdaşlıq etdiyini bildirib.
QAZİLER.AZ



