Estoniya Rusiyadan qeyri-dost addımlarına görə cavab alacaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Estoniyanın qeyri-dost hərəkətlərinə cavab verəcək.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Estoniya rusofobiya "içində batıb".
"Bütün qeyri-dost hərəkətlərinə görə Estoniya hakimiyyəti Rusiya tərəfindən müvafiq və adekvat cavab alıb və almağa davam edəcək", - Zaxarova deyib.
QAZİLER.AZ



