İranda 2026-cı ilin yanvar ayında baş verən etiraz aksiyaları zamanı saxlanılanlara qarşı zorakılıq, işgəncə və qeyri-insani şəraitlə bağlı yeni iddialar yayılıb.
Qaziler.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, məlumatlarda saxlanılanlara zorla naməlum həblər verildiyi və bunun ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi bildirilir.
Məlumata görə, həmin etirazlar zamanı həbs olunan 35 yaşlı Xorramabad sakini azadlığa buraxıldıqdan sonra ciddi fiziki problemlərlə üzləşib. O, xüsusilə görmə qabiliyyətinin zəiflədiyini və sağ gözünü itirmək üzrə olduğunu bildirib. Kişinin sözlərinə görə, bu vəziyyət yalnız ona aid deyil və ən azı 8-9 digər məhbusda da oxşar simptomlar müşahidə olunub.
Adının açıqlanmasını istəməyən şəxs bildirib ki, azadlığa çıxdıqdan sonra sinə ağrısı, ürək döyüntüsündə pozuntu, ürəkbulanma, şiddətli bədən ağrıları və qısamüddətli yaddaş itkisi yaşayıb. O, ən ciddi problemin görmə zəifləməsi olduğunu vurğulayıb və həkimlərin gözündə ləkələr aşkar etdiyini deyib.
QAZİLER.AZ



