Ukrauna prezidenti Volodimir Zelenski Rusiyanın gecə hücumuna belə münasibət bildirib.
Rusiya sanksiyaların yumşaldılmasına və ya ləğvinə layiq deyil.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Prezidenti Volodimir Zelenskinin Telegram kanalına istinadən məlumat yayıb.
"Rusiyanın qlobal siyasətin yumşaldılmasına və sanksiyaların qaldırılmasına layiq olmadığını sübut edən daha bir gecə. Rusiya müharibəyə pul qoyur və məhz bu cavabı almalıdır. Biz həyatı bütün gücümüzlə qorumalı və sülh üçün bütün gücümüzlə çalışmalıyıq", - deyə Zelenski qeyd edib.
QAZİLER.AZ



