Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Rusiyanın Tuapse şəhərində fövqəladə vəziyyət elan edilib.
Qaziler.az bildirir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində 24 fərdi və altı çoxmənzilli bina, eləcə də musiqi məktəbi binasına zərər dəyib.
"Tuapse ərazisində fövqəladə vəziyyət elan edilib", - Kondratyev yazıb.
QAZİLER.AZ



