Türkiyədə məktəbə silahlı basqınla bağlı saxlanılanların sayı artdı

Türkiyədə məktəbə silahlı basqınla bağlı saxlanılanların sayı artdı backend

Türkiyənin Şanlıurfa bölgəsinin Siverek rayonunda orta məktəbə silahlı basqınla bağlı saxlanılanların sayı 16-ya çatıb

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.

Şanlıurfanın Siverek rayonunda məktəbə silahlı hücumla bağlı 16 şübhəli saxlanılıb.

Təhlükəsizlik Baş İdarəsi (EGM) Şanlıurfada orta məktəbə silahlı hücumla bağlı açıqlama yayıb.

 

EGM-in sosial media hesabında yerləşdirilmiş bəyanatda deyilir:

 

"Şanlıurfa vilayətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində aprelin 14-də baş verən silahlı hücumla bağlı aparılan araşdırmalar çərçivəsində 16 şübhəli nəzarətə götürülüb. Şübhəlilər haqqında proses davam edir."

QAZİLER.AZ