"Mən seçkilərə inanıram! Bu, ölkə üçün sabit və dinc bir yoldur".
Qaziler.az bildirir ki, bunu Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili sosial mediada yayılan videomüraciətində bildirib.
Zurabişvilinin sözlərinə görə, seçkilər yolu ilə hakimiyyət dəyişikliyi Gürcüstanı "normal" yoluna qaytaracaq.
“Mən seçkilərə inanıram. İstəyirəm ki, bu ölkədə "Gürcü arzusu"nun getməsi və seçkilər vasitəsilə yeni bir hökumətin gəlməsi baş tutsun, çünki bu, ölkə üçün inkişafa mane olmayacaq sabit və dinc bir yoldur. Əksinə, bu, bizi çox tez bir zamanda hazırkı yolumuza qaytaracaq. Əks halda, biz iğtişaşlara və qeyri-sabitliyə yol açacağıq və bunun necə baş verəcəyini bilmirəm, ona görə də bu məsuliyyəti öz üzərimə götürə bilmərəm və götürməyəcəyəm”, - Salome Zurabişvili bildirib.
QAZİLER.AZ



