Heç bir ölkə Kubaya hücum etməməlidir.
Qaziler.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "India Today" qəzetinə verdiyi müsahibədə bildirib.
O, qeyd edib ki, Rusiya heç bir ölkənin Kubaya hücum etməsini istəmir.
Kremlin sözçüsü ölkə vətəndaşlarının üzləşdiyi ağır vəziyyəti də vurğulayaraq xəstə uşaqların xəstəxanalarda dərman və elektrik enerjisi olmadan öldüyünü bildirib.
"Kuba Rusiyanın çoxdankı tərəfdaşıdır, bizim yaxşı dostumuzdur. Biz heç bir ölkənin Kubaya hücum etməsini, Kubaya təzyiq göstərməsini, Kubanın xarici aləmdən təcrid edilməsini istəməzdik", - Peskov deyib.
QAZİLER.AZ



