Medvedyev USQ üçün dron istehsalçılarını potensial zərbə hədəfi adlandırıb

Medvedyev USQ üçün dron istehsalçılarını potensial zərbə hədəfi adlandırıb backend

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya Müdafiə Nazirliyi tərəfindən dərc edilən Ukrayna Silahlı Qüvvələri üçün dron istehsalçıları siyahısındakı Aİ ölkələrinə şirin yuxular diləyib.

Qaziler.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, sosial mediada qeyd edib ki, bu siyahıdakı bütün hədəflər potensial zərbə hədəfləridir.

"Zərbə ehtimalının nə vaxt reallaşacağı vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq. Şirin yuxular, avropalı tərəfdaşlar!", - Medvedyev yazıb.

Müdafiə Nazirliyi daha əvvəl Rusiyaya qarşı zərbələr üçün dron istehsal edən London, Münhen, Praqa və Riqa da daxil olmaqla səkkiz Avropa ölkəsinin şəhərlərində yerləşən Ukrayna şirkətlərinin filialları haqda məlumat yayıb.

QAZİLER.AZ