Bolnisidə azərbaycanlı fəal hücuma məruz qalıb

Bolnisidə azərbaycanlı fəal hücuma məruz qalıb backend

Gürcüstan Daxili İşlər Nazirliyi Bolnisi fəalı Nurəddin Nəbiyevə qarşı hücumla bağlı zorakılıq maddəsi ilə araşdırma başlatdı. Nazirlikdən Marneuli Radiosuna verilən məlumata görə, hazırda istintaq tədbirləri davam etdirilir.

Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" məlumat yayıb.

Hadisə bu gün, 15 apreldə Bolnisi Bələdiyyəsinin Farizi kəndində baş verib.

Nəbiyevin sözlərinə görə, ona doqquz nəfər hücum edib və döyüb. O, hücum zamanı çayxanada işlədiyini bildirib. Naməlum şəxslər ona yaxınlaşıb, adını soruşublar və şəxsiyyətini təsdiqlədikdən sonra dərhal ona hücum ediblər.

Nəbiyev hadisəni özünün vətəndaş fəallığı və siyasi baxışları ilə əlaqələndirir.

O, hücum edənlər arasında mer ofisi ilə əlaqəli şəxslərin, eləcə də İran tərəfdarlarının ola biləcəyini iddia etdi; o, həmçinin onların arasında yetkinlik yaşına çatmayanların olduğunu da qeyd etdi.

Hücum nəticəsində fəal başından xəsarət alıb və dodağına beş tikiş qoyulub. Hazırda Bolnisi xəstəxanasında müalicə olunur.

QAZİLER.AZ