15 aprel axşamı Rusiya işğalçılar Ukraynaya daha bir hücum etdilər. Düşmən dronları artıq Ukrayna hava məkanında aşkar edilir.
Qaziler.az RBK-Ukrayna-ya istinaən bildirir ki, yerli vaxtla saat 18:59-a olan məlumata görə, Rusiya pilotsuz uçuş aparatları artıq Odessa, Çerkassı, Sumi, Vinnitsa, Zaporojya və Dnepropetrovsk vilayətləri üzərində aşkarlanıb.
Kiyevin bir hissəsində, Jitomir, Vinnitsa, Çerkassı, Çerniqov, Sumı, Poltava, Xarkov, Zaporojya, Dnepropetrovsk və Donetsk vilayətlərinin bəzilərində hava hücumu barədə xəbərdarlıq edilib.
"Çerniqovoblenerqo" bildirib ki, rusiyalılar Çerniqov vilayətinin Nejin rayonunda elektrik stansiyasına zərbə endiriblər. Hücum nəticəsində 5000-dən çox insan elektriksiz qalıb.
Odessa Baş Təcili Yardım Qrupunun rəhbəri Sergey Lısak qeyd edib ki, Odessa da hücuma məruz qalıb. İlkin məlumata görə, zərbə doqquzmərtəbəli binaya dəyib.
"Xilasedicilər və təcili yardım xidmətləri hadisə yerinə gəlib. Yaralılar barədə məlumatlar dəqiqləşdirilir", - deyə o əlavə edib.
Öz növbəsində Odessa Regional Polis İdarəsinin rəisi Oleq Kiper binanın 5-7-ci mərtəbələrindəki mənzillərin zədələndiyini bildirib.
QAZİLER.AZ



