Prezident ukraynalıları hücum təhlükəsi ilə bağlı xəbərdarlıq etdi.
Rusiya işğalçıları 14-15 aprel gecəsi Ukraynaya daha bir hücum həyata keçirə bilərlər. Düşmən dronları artıq Ukrayna hava məkanında aşkar edilib.
Qaziler.az bildirir ki, "RBC-Ukrayna"nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Norveç Baş naziri Qar Stere ilə birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Ukrayna dövlət başçısı xatırladıb ki, bu gün işğalçılar Dneprdə yanacaqdoldurma məntəqəsinə hücum ediblər və nəticədə ölənlər var.
Bundan başqa təxminən 30 nəfər yaralanıb.
"Bu gecə isə Rusiya daha bir hücum edə bilər. Hazırda Ukrayna səmasında çoxlu sayda "Şahed" var. Raketlərdən də istifadə oluna bilər", - deyə o əlavə edib.
QAZİLER.AZ



