Təchizat tükənib və Ukrayna Silahlı Qüvvələri sursata qənaət etmək üçün həll yolları tapır.
Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev bildirib ki, Ukrayna "Patriot" sistemləri üçün raketlərə qənaət etməyə məcburdur.
Qaziler.az bildirir ki, bu barədə "Business Insider" nəşri məlumat yayıb.
Ukrayna ordusu "Patriot" sistemlərindən istifadə edərkən klassik hava hücumundan müdafiə doktrinasından yayınmağa başlayıb.
Bölmə komandirinin sözlərinə görə, ekipajlar tək bir hədəfə iki-dörd tutucu raketin standart buraxılışı əvəzinə getdikcə daha çox tək bir raketlə məhdudlaşırlar.
Bu qərar sursat çatışmazlığı və resurslara qənaət etmək zərurəti ilə əlaqədardır.
QAZİLER.AZ



