Rusiya Çerkası şəhərinə dronlarla hücum etdi: 8 yaşlı uşaq həlak oldu

Rusiya Çerkası şəhərinə dronlarla hücum etdi: 8 yaşlı uşaq həlak oldu backend

Rusiya ordusu bu axşam, 14 apreldə Ukraynanın Çerkası şəhərinə dronlarla  hücum edib. Hücum nəticəsində bir uşaq həlak olub.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Çerkası Regional Hərbi Administrasiyasının rəhbəri İqor Taburetsin Telegramına istinadənməlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Çerkası bölgəsinə dronlarla hücum edib. Ukrayna qüvvələri doqquz hədəfi zərərsizləşdirməyə müvəffəq olub.

"Lakin təəssüf ki, regional mərkəzdə faciəvi nəticələr var. 8 yaşlı oğlan aldığı xəsarətlərdən ölüb. Ailəsinə başsağlığı veririk", - deyə hərbi administrasiya rəhbəri yazıb.

O əlavə edib ki, daha doqquz nəfər, o cümlədən bir uşaq xəstəxanaya aparılıb. Üç yerli sakinə hadisə yerində tibbi yardım göstərilib.

Taburtsun sözlərinə görə, hücum nəticəsində ən azı dörd çoxmərtəbəli binaya ziyan dəyib.

QAZİLER.AZ