SEPAH düşmənlərini gizli hərbi imkanları barədə xəbərdar edib

SEPAH düşmənlərini gizli hərbi imkanları barədə xəbərdar edib backend

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xəbərdarlıq edib ki, İrana qarşı təcavüzkar müharibə davam edərsə, yeni hərbi imkanlar düşməni çaşdıracaq.

Qaziler.az bildirir ki, bu barədə "Tasnum" xəbər verir.

"Hələ ki, bir çox imkanlarımızdan istifadə etməmişik. Müharibə davam edərsə, düşmənin heç bir məlumatı olmayan imkanları nümayiş etdirəcəyik. Hərbi metodlarımızı nümayiş etdirəcəyik. Düşmən yeni metodlarımıza müqavimət göstərə bilməyəcək", - bu barədə SEPAH-ın nümayəndəsi general Hüseyn Mohebbi bildirib.

QAZİLER.AZ