Mart ayında keçirilən reydlərdən sonra minlərlə qanunsuz miqrant Rusiyadan çıxarılacaq.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, ölkə daxilində keçirilən reydlərdən sonra Rusiyadan təxminən 6000 miqrant deportasiya ediləcək.
Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk MAX platformasındakı kanalında Rusiyadan təxminən 6000 əcnəbinin deportasiya ediləcəyini açıqladı. Qanun pozucuları mart ayı ərzində polis, FTX və Rusiya Milli Qvardiyası tərəfindən keçirilən reydlər zamanı müəyyən edilib.
Onun sözlərinə görə, reydlər zamanı təxminən 1000 cinayət işi açılıb və əvvəllər axtarışda olan 138 şəxs müəyyən edilib. Bundan əlavə, polis 48000 inzibati xəta qeydə alıb. Ümumilikdə 26000 əcnəbi məsuliyyətə cəlb edilib, 24000 nəfər barmaq izi götürülüb.
"Bu tədbirlər nəticəsində xarici vətəndaşların deportasiyası ilə bağlı təxminən 6000 qərar qəbul edilib. Volk qeyd edib ki, 7700 əcnəbinin Rusiyaya girişi qadağan edilib", - Volk qeyd edib.
QAZİLER.AZ



