Rusiya prezidenti Putin tərəfindən mükafatlandırılan Rusiya Qəhrəmanı 10 gündür ki, itkin düşüb.
Vladimir Putin tərəfindən şəxsən mükafatlandırılan Rusiya Qəhrəmanı Aleksey Asılxanov 2026-cı ilin aprel ayının əvvəlində Kemerovo vilayətinin Yurqa şəhərində itkin düşüb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Rusiyanın Ukraynada apardığı müharibənin iştirakçısı olan Asilxanov "işə getmək üçün" geyinib, evindən minimal əşyalarla çıxıb, naməlum şəxsin maşınına minib və o vaxtdan ondan bir məlumat toxdur.
Hərbçinin axtarışı 10 gündən çoxdur davam edir, lakin Asılxanovdan heç bir iz tapılmayıb.
Aleksey Asılxanov aprelin 3-də evdən çıxıB. O, həyat yoldaşına işə getməli olduğunu deyib.
Müharibə veteranı Yurqadakı kollecdə təhlükəsizlik və mühafizənin əsaslarını tədris edirdi.
QAZİLER.AZ



