Aktyor Smolyaninov Rusiya ordusu haqqında yalan xəbərlərlərə görə azadlıqdan məhrum edilib

Aktyor Smolyaninov Rusiya ordusu haqqında yalan xəbərlərlərə görə azadlıqdan məhrum edilib backend

Moskvanın Basmannı Məhkəməsi aktyor Artur Smolyaninovu (Rusiya Federasiyasında xarici agent kimi tanınıb və terrorçular və ekstremistlər siyahısına daxil edilib) Rusiya Silahlı Qüvvələri haqqında yalan xəbərlər yaydığı iddiası ilə qiyabi olaraq səkkiz il müddətinə ümumi rejimli cəza koloniyasında cəzaya məhkum edib.

Qaziler.az bildirir ki, bu barədə "İzvestiya"nın müxbiri aprelin 14-də məlumat verib.

Bundan əlavə, məhkəmənin qərarına əsasən, aktyora dörd il müddətinə veb sayt idarə etmək qadağan edilib.

Elə həmin gün prokurorluq Smolyaninova doqquz il 10 ay həbs cəzası istəyib. 

QAZİLER.AZ