Vladikavkazda baş verən partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb

Vladikavkazda baş verən partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb backend

Vladikavkazda pirotexniki anbarda baş verən partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.

Qaziler.az bildirir ki, bu barədə 13 apreldə Şimali Osetiya rəhbəri Sergey Menyaylo məlumat verib.

"Təəssüf ki, Vladikavkazda baş verən fövqəladə hadisəsinin daha bir qurbanı vəfat edib. Həkimlər onun həyatı uğrunda sona qədər mübarizə aparıblar, onu xilas etmək üçün əllərindən gələni ediblər", - Menyaylo Telegram-da yazıb.

Region rəhbərinin sözlərinə görə, müalicə zamanı bütün mövcud tibbi resurslardan istifadə edilib, lakin zərərçəkənin bədəninin 90%-i yanb.

Menyailo həmçinin zərərçəkənin ailəsinə və dostlarına başsağlığı verib.

QAZİLER.AZ