Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə İslamabadda Tehran-Vaşinqton danışıqlarını telefonla müzakirə edib.
Qaziler.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyi aprelin 13-də məlumat verib.
"Xarici işlər nazirimiz Abbas Əraqçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı aparıblar. Onlar regional hadisələr və Pakistanın paytaxtı İslamabadda keçirilən İran-ABŞ danışıqları barədə fikir mübadiləsi apardılar", - nazirlik Telegram kanalında yazıb.
Məlumata görə, nazirlərin söhbətinin təfərrüatları daha sonra açıqlanacaq.
QAZİLER.AZ



