Ukrayna robotları ilk dəfə olaraq Rusiyanın mövqeyini ələ keçirib, piyadalara ehtiyac olmayıb.
Ukrayna müdafiəçiləri dronlar və yerüstü robot sistemləri vasitəsilə işğalçıların mövqeyini nəzarətə götürməyi bacardılar. Əməliyyatda piyadalar iştirak etməyib.
Qaziler.az-ın məlumatına görə, “RBC-Ukrayna” Ukrayna Prezidenti Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Ukrayna dövlət başçısı qeyd edib ki, gələcək "artıq döyüş meydanındadır" və Ukrayna onu yaradır.
"Bu müharibənin tarixində ilk dəfə olaraq düşmən mövqeyini yalnız pilotsuz platformalar - UNR və dronlar tutdu. İşğalçılar təslim oldular və bu əməliyyat piyadaların iştirakı olmadan və bizim tərəfimizdən itkilər olmadan həyata keçirildi", - Zelenski deyib.
Onun sözlərinə görə, Ukraynar robotları cəmi üç ay ərzində 22 mindən çox missiyanı yerinə yetiriblər.
QAZİLER.AZ



