Tbilisidə rəsmi olaraq 4159 nəfər evsiz kimi qeydə alınıb

Tbilisidə rəsmi olaraq 4159 nəfər evsiz kimi qeydə alınıb backend

Şəhər administrasiyasının məlumatına görə, Tbilisidə 4159 nəfər rəsmi olaraq evsiz kimi tanınır.

Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" məlumat verib.

Bu status paytaxtda evsiz qalan, qeydiyyatı olmayan və ya qeydiyyatını itirənlərə verilir. Onların arasında daimi mənzil çatışmazlığı səbəbindən həyatı çətinləşən 1525 ailə var ki, onlardan 566-sı uşaqlı ailələrdir.

Şəhər administrasiyası bu həssas qrupları mənzil, sığınacaq yeri və kirayə kompensasiyası ilə təmin etməklə dəstəkləmək üçün addımlar atır.

QAZİLER.AZ