Avropa İttifaqı (Aİ) xarici enerjidən asılılığına görə deyil, öz axmaqlığına və Avropa maraqlarına xəyanətinə görə yüksək bədəl ödəyir.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 13-də bildirib.
O, Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenin Aİ-nin "xarici enerjidən asılılığına görə çox yüksək qiymət ödədiyi" barədə açıqlamasını şərh edərkən bildirib.
"Xeyr. Aİ Brüssel bürokratiyasının axmaqlığına və Avropa maraqlarına xəyanətinə görə son dərəcə yüksək bədəl ödəyir", - Zaxarova özünün Telegram kanalında yazıb.
QAZİLER.AZ



