Hörmüz boğazı müharibə bitdikdən sonra açılacaq - Elahi

Hörmüz boğazı müharibə bitdikdən sonra açılacaq - Elahi backend

“ABŞ və İsraillə müharibə bitdikdən sonra İran Hörmüz boğazını açacaq”.

Qaziler.az xəbər verir ki, bunu İranın ali rəhbərinin Hindistandakı nümayəndəsi Əbdülməcid Həkim Elahi "TASS" informasiya agentliyinə bildirib. O, eləcə də qeyd edib ki, bu su yolundan keçən gəmilər üçün rüsum barədə məlumatlar təsdiqlənməyib və hələlik sadəcə söhbət gedir.

"Bu müharibədən əvvəl Hörmüz boğazı açıq idi. Hər bir ölkə bu boğazdan faydalanırdı və heç kimin problemi yox idi. Biz Hörmüz boğazının təhlükəsizliyini təmin edir, gəmilərin boğazdan keçidini təşkil edirdik. Lakin indi təkcə biz yox, bütün dünya Hörmüz boğazı ilə bağlı böyük bir problemlə və böhranla üz-üzədir. Bu münaqişəni və qlobal böhranı kim yaratdı? Bu müharibəni başladanlar. Beləliklə, bu müharibə səbəbindən bir çox ölkə Hörmüz boğazındakı vəziyyətdən zərər gördü”, - Elahi deyib

QAZİLER.AZ