Tolstoyun nəvəsi xarici agent kimi tanındı

Tolstoyun nəvəsi xarici agent kimi tanındı backend

Rusiya Ədliyyə Nazirliyi yazıçı Aleksey Tolstoyun nəvəsi, tanınmış televiziya aparıcısı, filoloq və jurnalist İvan Tolstoyu xarici agentlər reyestrinə əlavə edib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə nazirliyin saytında məlumat verilib.

Ədliyyə Nazirliyinin məlumatına görə, Tolstoy, digər məsələlərlə yanaşı, Rusiya dövlət orqanlarının qəbul etdiyi qərarlar barədə yalan məlumat yayıb.

"Rusiya Federasiyası ərazisində fəaliyyəti arzuolunmaz hesab edilən xarici və beynəlxalq təşkilatların siyahısına daxil edilmiş bir təşkilatla qarşılıqlı əlaqədədir", - nazirlikdən bildirilib.

QAZİLER.AZ