Ukrayna hərbçiləri Yaxın Şərqdə "Şahed"ləri vurub. Ukrayna Prezidenti Vladimir Zelenski bunu ilk dəfə rəsmi olaraq təsdiqləyib.
Qaziler.az bildirir ki, "Associated Press"in verdiyi məlumata görə, Zelenski bu açıqlamanı 10 apreldə jurnalistlər üçün keçirdiyi brifinqdə verib.
Əməliyyatlar bu həftə İran, ABŞ və İsrail arasında atəşkəs imzalanmamışdan əvvəl də baş tutub.
Zelenskinin sözlərinə görə, Ukrayna qüvvələri xaricdə təlim əməliyyatlarında deyil, real döyüş əməliyyatlarında iştirak edib.
Onlar Ukraynada "Şahed"lərə qarşı artıq təsirli olduğunu sübut etmiş öz tutucu dronlarından istifadə ediblər.
"Bu, təlim missiyası və ya təlim deyildi, əksinə, əslində işləyə bilən müasir hava hücumundan müdafiə sisteminin inkişafına dəstək idi", - deyə o bildirib.
Zelenski ukraynalı mütəxəssislərin yerləşdirildiyi ölkələrin adını çəkməyib. O, bir qədər əvvəl bölgədə 228 ukraynalı mütəxəssisin yerləşdirildiyini bildirmişdi.
QAZİLER.AZ



