Azərbaycanda saxlanılan məhbusların azad edilməsi sülhü möhkəmləndirəcək.
Qazilər.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan aprelin 10-u Yerevanda estoniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sülh mövcuddur və biz onun bəhrəsini görürük, eyni zamanda başa düşürük ki, bu, qorunub saxlanılmalıdır.
Xarici işlər naziri onu da qeyd edib ki, tranzit və ikitərəfli ticarət kimi məsələlər həll olunsa da, hələ də həll olunmamış məsələlər var və məhbuslar məsələsi cəmiyyət üçün ən həssas məsələdir.
"Bakıda saxlanılan məhbuslar var. Onlar mümkün qədər tez azad edilməlidir və onların azad edilməsi sülhü möhkəmləndirəcək", - deyə nazir bildirib.
QAZİLER.AZ



