Müctəba Xameneyi tezliklə xalqa müraciət edəcək

Müctəba Xameneyi tezliklə xalqa müraciət edəcək backend

İranın Ali Lideri Müctəba Xamenei özünü yaxşı hiss edir və tezliklə xalqa müraciət edə bilər.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə 10 apreldə Ali Liderin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi bildirib.

"O, sağlamdır və hər gün ofisinə gəlir, müxtəlif nümayəndə heyətlərini və rəsmiləri qəbul edir. Ümid edirik ki, çox tezliklə o, xalqa birbaşa müraciət edəcək", - deyə o bildirib.

QAZİLER.AZ