Rusiya Ukraynaya qarşı müharibədə strateji ehtiyatından istifadə etməyə başlayıb

Rusiya Ukraynaya qarşı müharibədə strateji ehtiyatından istifadə etməyə başlayıb backend

Rusiyalılar artıq strateji ehtiyatlarından cəbhə xəttində istifadə etməyə başlayıblar. Bunu Ukrayna ərazisindəki Rusiya kontingentinin sayı də sübut edir.

Qaziler.az "RBC-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşündə bildirib.

“Biz hər ay onlar səfərbər olunduqca eyni sayda işğalçını məhv edirik, eyni zamanda onların Ukrayna ərazisindəki qruplaşmalarının sayı da artır. Yəni, biz hesab edirik ki, onlar strateji ehtiyatdan qoşun gətirməklə güclərini artırırlar”, - deyə Zelenski bildirib.

Dövlət başçısı qeyd edib ki, artıq Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovla düşmənə necə müqavimət göstərmək barədə müzakirələr aparıb.

Prezident qeyd edib ki, rusiyalılar aprelin sonuna qədər Donetsk bölgəsindəki Drujkovka, Konstantinovka və Pokrovski işğal etmək istəyirlər. Lakin bu, mümkün olmayacaq.

QAZİLER.AZ