Ermənistanın Gürcüstanla sərhədində zəlzələ olub

Ermənistanın Gürcüstanla sərhədində zəlzələ olub backend

Ermənistanın Gürcüstanla sərhədində 3,3 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı Bavra kəndindən 17 km şimal-şərqdə yerləşib. Zəlzələnin episentrində gücü 4-5 bal gücündə olub.

Zəlzələ Bavra, Saragyux, Kazançi, Aşotsk, Paxaxbyur və Noramut kəndlərində 3 bal gücündə hiss olunub.