ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarda İranda 3 mindən çox insan həyatını itirib.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Məhkəmə Tibbi Ekspertizası Təşkilatının rəhbəri Abbas Məscedi "Mizan" agentliyinə verdiyi müsahibədə bildirib.
"Biz ölkə miqyasında düşmən zərbələri nəticəsində həlak olan 3 mindən artıq şəxsin meyitini ailələrinə təhvil vermişik. Meyitlərin təqribən 40 faizini tanımaq qeyri-mümkün idi, lakin məhkəmə-tibbi ekspertiza qurumunun imkanları və ehtiyatlarından istifadə edərək onların şəxsiyyəti müəyyənləşdirildi və mərhumların ailələrinə verildilər", - deyə o bildirib.
QAZİLER.AZ



