"Mavi xəyallar": Senator Zelenskinin Putinlə görüşməklə bağlı dediklərinə cavab verdi

"Mavi xəyallar": Senator Zelenskinin Putinlə görüşməklə bağlı dediklərinə cavab verdi backend

Cabarov Zelenskinin Putinlə görüşməklə bağlı sözlərini xəyal adlandırıb.

Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə Yaxın Şərqdə, Avropada və ya ABŞ-da mümkün görüşü barədə danışması sadəcə onun "mavi xəyalı" olaraq qalacaq.

Qaziler.az bildirir ki, bu barədə Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Vladimir Cabarov "Gazeta.Ru"ya verdiyi müsahibədə bildirib.

Senator vurğulayıb ki, Zelenski qeyri-legitimdir və buna görə də Rusiya Prezidentinin onunla müzakirə edəcək bir şeyi yoxdur.

“Bu, cənab Zelenskinin mavi xəyallarıdir. Əvvəla, o,  qeyri-legitimdir. Gəlin bundan başlayaq. Onunla görüşməyin mənası nədir? İstənilən Rusiya vətəndaşı onunla görüşə bilər, amma prezidentin özü yox”, - Cabarov deyib.

QAZİLER.AZ