"Yaz gözəli" tatar qızı oldu - FOTO

"Yaz gözəli" tatar qızı oldu -  FOTO backend

“Яз Гүзәле - 2026” müsabiqəsinin qalibi tələbə Adela Qalimzyanova olub.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Kazan Tibb Kollecinin tələbəsi Adelya Qalimzyanova "Яз Гүзәле — 2026" tələbə gözəllik və istedad müsabiqəsinin qalibi olub. O, qızılı işlənmiş kalfak və hasite ilə taclandırılıb. Tədbirin təfərrüatları və fotoşəkilləri mədəni-maarif layihəsinin VKontakte səhifəsində dərc edilib.

Müsabiqənin final mərhələsi Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrında (Kazan) 30 qızın iştirakı ilə baş tutdu. "Яз Гүзәле" adı uğrunda mübarizə aparmaq üçün on superfinalçı seçildi.

"Tatar-inform" onlayn nəşrinin məlumatına görə, layihədə Tatarıstan, Başqırdıstan, Luqansk, Udmurtiya, Çuvaşiya, Vladivostok, Vladimir, Moskva, Sverdlovsk və Yaroslavl vilayətləri, Penza, Nijni Novqorod, Həştərxan və Rusiyanın digər şəhərlərindən tələbələr iştirak ediblər.

"BUSINESS Online" qəzetinin məlumatına görə, layihənin son gecəsi yaradıcılıq müsabiqəsi şəklində keçib. Məlumatda deyilir ki, "qızlar milli geyimlərdə səhnəyə çıxaraq onları maraqlandıran mövzuları musiqi və rəqs dilində anladıb, öz şeirlərini söyləyiblər, xalq çalğı alətlərində ifa ediblər və tatar mahnılarını ifa ediblər".

QAZİLER.AZ