Türkiyədə təcili yardım maşını aşdı: 5 yaralı

Türkiyədə təcili yardım maşını aşdı: 5 yaralı backend

Türkiyənin Muş bölgəsində təcili yardım maşınının aşması nəticəsində üçü səhiyyə işçisi olmaqla 5 nəfər yaralanıb.

Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, Karakale kəndi ərazisində Malazgirt Dövlət Xəstəxanasından Muş Dövlət Xəstəxanasına aparılan bir günlük körpə və anasını daşıyan təcili yardım maşını naməlum səbəbdən aşıb.

 

Qəzada təcili tibbi yardım maşınının sürücüsü, feldşer T.A., səhiyyə işçiləri P.A. və İ.Y., həmçinin ana F.T. və körpəsi yaralanıb.

 

Xəbərin ardından hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib. İlkin tibbi yardımdan sonra yaralılar təcili yardımla Muş Dövlət Xəstəxanasına aparılıb.

 

Müalicə alanlar arasında ananın vəziyyətinin ağır olduğu öyrənilib.