Zaxarova bildirib ki, Kallasın 19 ölkəni səhvsiz sadalaya bilməsi ehtimalı azdır.
Aprelin 8-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın Rusiyanın son 100 ildə 19-dan çox ölkəyə hücum etdiyi iddialarını əsassız adlandırıb.
Brifinq zamanı diplomat avropalı rəsminin açıqlamalarında sübutların azlığını qeyd edib. Zaxarovanın sözlərinə görə, Kallas iddialarını dəstəkləmək üçün konkret nümunələr gətirməyib.
"Hətta onun səhv etmədən 19 ölkənin adını əzbərdən çəkə biləcəyinə də əmin deyiləm", - deyə o bildirib.
QAZİLER.AZ



