Aprelin 12-si keçiriləcək buraxılış imtahanında 53 minə yaxın şagird iştirak edəcək

Aprelin 12-si keçiriləcək buraxılış imtahanında 53 minə yaxın şagird iştirak edəcək backend

Son bir həftə ərzində həyata keçirilən tədbirlər nəticəsində Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları müvafiq idarələrlə sıx əməkdaşlıq çərçivəsində 97 xarici vətəndaşı Gürcüstandan deportasiya ediblər.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişinə icazə verilməyib.

"Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Çin, Misir, Hindistan, Türkmənistan, Pakistan, Keniya, Sudan, Özbəkistan, Filippin, Banqladeş, İordaniya, Rusiya, Somali, Tayland və digər ölkələrin vətəndaşları - ümumilikdə 97 nəfər ölkədən deportasiya edilib.

Ölkə üzrə həyata keçirilən intensiv, kompleks tədbirlər nəticəsində qanunsuz yaşadığına görə Gürcüstandan deportasiya edilən şəxslərin sayı artıq 1000-i keçib ki, bu da əvvəlki illərin statistik məlumatlarına əsasən görünməmiş bir nəticədir", - deyə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

QAZİLER.AZ