Dağıstan hakimiyyəti sel fəlakətinin qurbanlarına kömək məqsədilə 100 milyon rubl ayırıb.
Qaziler.az xəbər verir ki, bu barədə regional hökumət “Telegram” kanalında məlumat verib.
Müvafiq sərəncamı Respublika hökumətinin sədri Əbdülmüslim Əbdülmüslimov imzalayıb.
“Dağıstan hökuməti təbii fəlakət qurbanlarına yardım üçün 100 milyon rubl (1 275 100 dollar) ayırıb”, - məlumatda qeyd olunub.
QAZİLER.AZ



