"Təhsil uğrunda!" şüarı altında Tbilisi Dövlət Universitetinin 1-ci korpusunun qarşısında etiraz aksiyası keçirilir.
Qaziler.az bildirir ki, bu barədə "qruziya-onlayn" məlumat verir.
Etirazçılar təhsil sektorunda planlaşdırılan islahatlara etiraz edirlər.
Professorlar, müəllimlər və təhsil mütəxəssisləri planlaşdırılan dəyişikliklərin dayandırılmalı olduğunu bildiriblər.
"Azadlıq Meydanı"nın üzvü Saymon Canaşiyanın Interpressnews-a verdiyi açıqlamada bildirdiyi kimi, təhsil islahatı hakimiyyətin səriştəsizliyinin və məsuliyyətsizliyinin ən bariz nümunəsidir.
O, bildirib ki, etirazlar hakimiyyət fikrini dəyişənə qədər davam edəcək.
QAZİLER.AZ



