Hüquq-mühafizə orqanları "oğru dünyası" ilə əlaqəli 44 şəxsi saxlayıb. Daha altı nəfərə qiyabi ittiham irəli sürüləcək.
Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" xəbər verir.
Daxili İşlər Nazirinin müavini Aleksandr Daraxvelidzenin brifinqdə bildirdiyinə görə, onların arasında xaricdə yaşayan "qanuni oğru" da var.
Daraxvelidzenin sözlərinə görə, gizli istintaq hərəkətləri nəticəsində istintaq cinayət işləri üzrə təqsirləndirilən şəxslərin sözdə "oğru qarşıdurması" təşkil etdiklərini və sözdə "oğru qərarları" qəbul etdiklərini müəyyən edib.
Gürcüstan Cinayət Məcəlləsində həmin şəxslər üçün 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.
QAZİLER.AZ



