Orban telefon danışığının sonunda Putinlə rus dilində sağollşıb.
Macarıstanın Baş naziri Viktor Orban telefon danışığının sonunda Rusiya Prezidenti Vladimir Putinlə rus dilində sağollaşıb.
Qaziler.az bildirir ki, "Bloomberg" bu barədə söhbətin transkriptinə istinadən məlumat yayıb.
Məlumata görə, onların bu telefon danışığı oktyabr ayında baş tutub.
"Macarıstanın Baş naziri Putinə təşəkkür edib və rus dilində vidalaşıb", - nəşr yazır.
Lakin agentlik Orbanın Rusiya lideri ilə söhbətində istifadə etdiyi konkret məlumat barədə məlumat verməyib.
Söhbət əsnasında Orban həmçinin Ukrayna münaqişəsinin həllinə kömək etmək üçün bütün səylərini göstərməyə hazır olduğunu bildirib və Putinə hər iki prezidenti güldürən bir təmsil danışıb.
Ezopun Macarıstanda məşhur olan bir təmsilində tora düşmüş aslanı azad edən siçandan bəhs edir. Ondan sonra şir gəmiricinin həyatını xilas edir.
QAZİLER.AZ



