Gürcüstan və Qazaxıstan 2026-2027-ci illər üçün əməkdaşlıq protokolu imzalayıblar

Gürcüstan və Qazaxıstan 2026-2027-ci illər üçün əməkdaşlıq protokolu imzalayıblar backend

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ilə görüşüb.

Qaziler.az yerli mətbuata istinadən xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini müzakirə ediblər. Söhbət zamanı iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi və yüksək səviyyəli səfərlərin əhəmiyyəti müzakirə olunub.

"İki ölkə arasında ticarət və iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Tərəflər Gürcüstan və Qazaxıstanın Orta Dəhlizin inkişafında əməkdaşlığını vurğulayıblar."

Görüşdən sonra xarici işlər nazirləri Gürcüstan və Qazaxıstan xarici işlər nazirlikləri arasında 2026-2027-ci illər üçün əməkdaşlıq proqramı imzalayıblar.

Rəsmi səfər çərçivəsində Qazaxıstanın xarici işlər naziri Gürcüstan prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirəcək", - deyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

QAZİLER.AZ