Ukrayna Silahlı Qüvvələrinin jurnalistlərə hücumları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir
"Ukraynanın jurnalistlərə qarşı yönəlmiş hücumları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir".
Qaziler.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
NEWS.ru xəbər verir ki, o, Donetskdə "İzvestiya"nın müxbiri Yevgeni Bıkovskiyə edilən hücumu belə şərh edib.
"Ukrayna Silahlı Qüvvələri döyüşçülərinin terrorçu metodları müvafiq beynəlxalq strukturlar, ilk növbədə ATƏT, UNESCO və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi tərəfindən adekvat qiymətləndirilməlidir", - Zaxarova deyib.
QAZİLER.AZ



