Müctəba Xamenei ağır vəziyyətdədir və İranı idarə edə bilmir - Kəşfiyyat məlumatları

Müctəba Xamenei ağır vəziyyətdədir və İranı idarə edə bilmir - Kəşfiyyat məlumatları backend

İranın Ali Lideri Müctəba Xamenei huşsuz vəziyyətdədir və Qum şəhərində "ciddi" xəstəlikdən müalicə alır, buna görə də ölkəni idarə edə bilmir.

Qaziler.az bildirir ki, bu barədə "Times of Israel" qəzetinə istinadən məlumat yayıb.

"Müctəba Xamenei Qumda müalicə alır və vəziyyəti ağırdır və rejimin qərar qəbul etməsində iştirak edə bilmir", - ABŞ-İsrail kəşfiyyatının Fars körfəzindəki müttəfiqlərinə təqdim etdiyi diplomatik məlumatda deyilir. 

Medianın məlumatına görə, müharibə başlayandan bəri Xameneinin harada olduğunu ilk dəfə ictimaiyyətə açıqlayan bir xəbərdir. O, zaman Xameneinin 28 fevralda ilkin zərbələrdə yaralandığı güman edilirdi.

Sənəddə həmçinin silahlı münaqişənin əvvəlində İrana ilkin hava hücumlarında öldürülən atası və keçmiş Ali Lider Əli Xameneyinin Qumda dəfn edilməsi üçün hazırlıqlardan ətraflı şəkildə söz açılır.

QAZİLER.AZ