Ötən ay Ukrayna tammiqyaslı müharibənin başlanğıcından bəri ilk dəfə olaraq dron hücumlarının sayına görə Rusiyanı üstələyib. Eyni zamanda, hər iki ölkə dron və raketlərdən istifadəni artırıb.
Qaziler.az bildirir ki, bu barədə "ABC News" məlumat yayıb.
Məqalədə bildirilir ki, təcavüzkar ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, onun hava hücumundan müdafiə qüvvələri mart ayında 7347 Ukrayna dronu vurub - gündə 237 dron. Qeyd olunur ki, bunlar vurulmuş dronlardır, Ukraynanın istifadə etdiyi dronların sayı isə hələ də məlum deyil.
Nəşr bildirib ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatlarına görə, ötən ay 6462-dən çox Rusiya pilotsuz təyyarəsi və 138 müxtəlif tipli raket vurulub.
Bunlardan 5833 dron və 102 raket zərərsizləşdirilib və ya ələ keçirilib.
"ABC News" qeyd edib ki, mart ayında təcavüzkar ölkə təxminən 6600 dron və raketdən istifadə edərək hava hücumlarının miqyasına görə yeni rekord qırıb.
Ən şiddətli hücum 24 martda, işğalçılar Ukraynaya 948 dron və 34 raketlə hücum etdikdə baş verib.
Eyni zamanda, nəşr ötən ayın məlumatlarına görə, güc balansında Ukraynanın xeyrinə mümkün dəyişiklik müşahidə olunur. Orada qeyd olunur ki, Kiyevin dron və raketlər hazırlamaq üçün uzunmüddətli səyləri öz bəhrəsini verməyə başlayır.
QAZİLER.AZ



