Erməni idmançı Rusiya pasportuna görə Milanda üzük ala bilmədi

Erməni idmançı Rusiya pasportuna görə Milanda üzük ala bilmədi backend

Rusiyalı fiqurlu konkisürən Adelia Petrosyana Milan hava limanında Rusiya pasportuna görə "Dior" zinət əşyalarını satmaqdan imtina edilib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirilir ki, o, bu barədə VK Video-da dərc olunmuş "ALEKÓ In My Bag" şousunda danışıb.

O, moda evinin butikindən sırğa və üzük almaq istədiyini, lakin satıcıların tünd qırmızı pasportuna görə onu geri qaytardığını bildirib. Oxşar vəziyyət "Louis Vuitton" mağazasında da baş verib.

Petrosyan Gürcüstan pasportu olan başqa bir idmançıdan istədiyi zinət əşyalarını almasını xahiş etsə də o, da geri qaytarılıb, çünki onun İtaliyadan Moskvaya gedəcəyi müəyyən edilib.

QAZİLER.AZ