Kreml Macarıstan və Serbiyaya çağırış etdi

Kreml Macarıstan və Serbiyaya çağırış etdi backend

Rusiya Macarıstan və Serbiyanın qaz boru kəmərlərinin qorunması üçün tədbirlər görəcəyinə ümid edir.

Qaziler.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskva Budapeşt və Belqraddan qaz infrastrukturuna təhdidləri azaltmaq üçün addımlar atmağı gözləyir.

"Ümid edirik ki, həm Macarıstan, həm də Serbiya bu qaz boru kəmərlərinə təhlükəni minimuma endirmək üçün tədbirlər görəcəklər", - Kremlin sözçüsü "Türk axını" və "Mavi axın" layihələrində təxribatın qarşısının alınması ilə bağlı şərhində bildirib.

QAZİLER.AZ