Maşında qazı əyləclə səhv salan kişi arvadını vuraraq öldürdü

Maşında qazı əyləclə səhv salan kişi arvadını vuraraq öldürdü backend

Rusiyanın Leninqrad vilayətində qadını əri avtomobillə vurularaq öldürüb.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, Leninqrad vilayətinin Vsevolojsk rayonunda "Hyundai Solaris" sürən kişi avtomobilini park edərkən həyat yoldaşını vurub.

İdarədən əlavə edilib ki, qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Məlumata görə, Morozova kəndindəki evin həyətində maşınla geriyə hərəkət edən 48 yaşlı kişi "Hyundai Solaris"lə 54 yaşlı həyat yoldaşını vurub.

78.ru saytının məlumatına görə, sürücü qaz və əyləc pedallarını səhv salaraq avtomobilin səkiyə çıxmasına və həyat yoldaşına dəyməsinə səbəb olub. Cütlüyün təxminən 10 il evli olduğu bildirilir. 

QAZİLER.AZ